
İsveçin paytaxtı Stokholmda daha bir məscid təhqir olunub.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər İsveçin paytaxtı Stokholmda ən qədim və ən böyük məscidlərindən olan Stokholm məscidinin qapısına, boya ilə “İslam pis dinidir” yazıblar.
İslam Gənclik Federasiyasının sədri Yasri Khan məscidə olunan bu hücumu qınayaraq əlavə edib ki, bundan öncə də məscidlərə buna bənzər hücumlar edilib: “Son illər Avropada İslamofobiya və irqçilik artıb. Bizlər isə bunu acısını çəkirik”.
Anar
Gununsesi.info