Stokholm filarmoniyasında 2019-cu il üzrə Nobel mükafatlarının təqdimatı mərasimi olub.
Gununsesi.org TASS-a istinadən xəbər verir ki, on dörd laureata dünyanın ən nüfuzlu mükafatı üzrə diplomları və qızıl medalları İsveç kralı XVI Karl Qustav təqdim edib.
Nobel sülh mükafatını Efiopiyanın baş naziri Abiy Əhməd Əli alıb. O Eritreya ilə uzun sürən sərhəd münaqişəsinə qətiyyətlə son qoyub.
Ədəbiyyat üzrə mükafat Avstriya yazıçısı Peter Qandkeyə təqdim olunub.
Fiziologiya və tibb üzrə Nobel mükafatına amerikalı Uilyam Kelin, Qreqq Semens və britaniyalı Piter Retkliff layiq görülüblər.
Kimya sahəsində amerikalı alim Con Qudenof, britaniyalı Stenli Uittinqem və yapon Akir Yosino fərqləniblər.
Fizika sahəsində mükafat “fiziki kosmologiyada nəzəri açılışlar”a görə kanadalı Ceyms Piblzuya, astronavtlar Mişel Mayor və Didye Kelo təqdim olunub.
İqtisadiyyat sahəsində bu mükafata hindistanlı Abxidjit Banerji, fransız Ester Dyuflo və Maykl Kremer layiq görülüb.