
İlk dəfə 4 il öncə Norveçdə görülən balina indi isə İsveçdə ortaya çıxıb. Ağ balina gerçəkdən də rus casusudurmu?
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsveçin Hunne-bostrand bölgəsində görülən balina öz cinsi təbii mühitindən uzaqda tapılıb.
Bir çox ekspertlər balinanın yalnızlıqdan həmin yerə gəldiyini sanır.
4 il öncə Norveçdə təsbit edilən bu heyvanın üzərində bir asqı vardı. Həmim asqı yazısında “Peterburqun malıdır”, yazılmışdı.
Bu üzdən, heyvanın rus casusu ola biləcəyi iddiaları ortalığa atılmışdı.
Tərcümə: Arzu Sayadoğlu