İsveçdə səyahət edənlərdən koronavirus testi tələb olunmayacaq

  • By admin
  • 18 Yanvar 2022 18:08

İsveçdə səyahət edənlərdən koronavirus testi tələb olunmayacaq.

Gununsesi.info xəbər verir ki, bununla bağlı ölkə hökuməti məlumat yayıb.

“İsveçə girişdən 48 saat əvvəl edilən mənfi COVID-19 testi ilə bağlı xüsusi tələb ləğv edilib. Qərarın səbəbi səhiyyə idarəsinin sorğusudur”, – məlumatda bildirilib.

Dəyişiklik yanvarın 21-dən qüvvəyə minəcək.

Məlumata görə, Səhiyyə İdarəsi test tələbinin artıq faydalı olmadığı qənaətinə gəlib. İdarə hesab edir ki, səyahət edənlər İsveçdə “Omikron” ştamının xüsusi yayılması riski yaratmır.

Amma İsveçə səyahət edənlər COVID pasportu təqdim etməlidirlər.

 

 

 

Gununsesi.info