İsveçdə türk məscidinə hücum edildi

  • By admin
  • 11 Sentyabr 2022 19:08

İsveçin Jönköpinq şəhərində Türkiyənin Dini İşlər İdarəsinə tabe olan məscid daşa basılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, bu, son 3 ayda məscidə edilən üçüncü hücumdur.

İsveçdəki Jönköping Məscidinin İdarə Heyətinin üzvü Mehmet Özer deyib ki, hadisə ilə bağlı polisə və aidiyyəti orqanlara məlumat verilib:

“Bu, son 3 ayda məscidimizə edilən üçüncü hücumdur. Şikayət edirik, amma indiyədək heç bir nəticə əldə etmədiyimiz üçün o qədər də ümidli deyilik”.

Hücum nəticəsində mətbəx pəncərəsinin qırıldığına diqqət çəkən Mehmet Özer irqçilərdən şübhələndiklərini qeyd edib.

Gununsesi.info