
İsveçin Stockholm şəhərində fəaliyyət göstərən Türkiyə səfirliyi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə səfirliyi məlumat yayıb.
Belə ki, səhər saatlarında iki naməlum şəxs səfirlik binasının xarici divarlarına və həyətinə, içində ağ boya olan xeyli sayda şüşə atıb.
Dərhal səfirliyə edilən hücumla bağlı polis Şəhər Təhlükəsizlik kamerasının qeydlərinin araşdırıb və hücumu üzü maskalı 2 nəfər şəxs tərəfindən reallaşdırıldığı müəyyənləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, 3 ay əvvəl də elə burada PKK Terror Təşkilatı 8 üzvü boya qablarıyla və daşlarla Türkiyə səfirliyinə hücum təşkil etmişdirlər.
Anar
Gununsesi.info