İsveçdə TikTok-dan istifadə qadağan edilib

İsveç ordusu təhlükəsizlik baxımından telefonlarda TikTok tətbiqindən istifadəni qadağan etdiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsveç Müdafiə Nazirliyi TikTok-dan istifadəni qadağan edən qərarını dərc edib.

Nazirlik, qərarın “tətbiqin istifadəçi məlumatlarını və sahibi olan ByteDance şirkəti haqqında ortaya çıxan hesabatları necə emal etdiyi”nə əsaslanaraq, təhlükəsizlik narahatlıqlarına görə qəbul edildiyini açıqlayıb.

Bu addım digər Aİ ölkələri tərəfindən son həftələrdə tətbiq edilən oxşar məhdudiyyətlərdən sonra həyata keçirilir.

Məsələn, Fransa hökuməti işçilərinə iş telefonlarına TikTok da daxil olmaqla “əyləncə proqramlarını” yükləməyi də qadağan edib. Eyni zamanda baş nazir Makron da bu qadağaya daxil edilib.

Norveç bu proqramdan parlamentin kompüter şəbəkəsinə daxil ola bilən cihazlarda istifadəsini, Böyük Britaniya və Belçika isə bütün dövlət telefonlarında tətbiqini qadağan edib.

Danimarka Müdafiə Nazirliyi və Latviya Xarici İşlər Nazirliyi isə bu ayın əvvəlində TikTok qadağalarını həyata keçirib.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info