
“İsveç əhalisinin yarısı vətəndaş cəmiyyəti prosesinin mühüm iştirakçılarıdır. Bizim insanlar ayda 20 saatını bu işə sərf edir”.
Gununsesi.info-nun xəbərinə görə, bunu İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon Bakıda təşkil olunan ” Regional Sabitlik və İnkişaf Naminə Əməkdaşlıq ” konfransında deyib.
Səfir bildirib ki, hökumətin qərarlarının qəbulunda vətəndaş cəmiyyəti qurucularının mühüm rolu olur:
“İsveç Avropa İttifaqında növbəti dövrü üçün sədrliyə başlayır. Biz Azərbaycanda da bu məsələyə diqqət edəcəyik. İsveç Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti quruculuğuna dəstək verəcək”.
Afət Abbasova
Gununsesi.info