İsveçin Azərbaycandakı səfiri: “Vətəndaş cəmiyyəti güclü olanda korrupsiya ilə mübarizə də səmərəli olur”

  • By admin
  • 24 Noyabr 2022 10:58

“İsveç əhalisinin yarısı vətəndaş cəmiyyəti prosesinin mühüm iştirakçılarıdır. Bizim insanlar ayda 20 saatını bu işə sərf edir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon Bakıda təşkil olunan ” Regional Sabitlik və İnkişaf Naminə Əməkdaşlıq ” konfransında deyib.

Səfir bildirib ki, hökumətin qərarlarının qəbulunda vətəndaş cəmiyyəti qurucularının mühüm rolu olur:
“İsveç Avropa İttifaqında növbəti dövrü üçün sədrliyə başlayır. Biz Azərbaycanda da bu məsələyə diqqət edəcəyik. İsveç Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti quruculuğuna dəstək verəcək”.

Afət Abbasova
Gununsesi.info