
İsveçin Baş naziri koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Baş nazir Stefan Lofven rəsmi “Facebook” səhifəsində yazıb.
Baş nazir bildirib ki, onun yaxını COVID-19-a yoluxmuş bir şəxslə təmasda olub və həkimin məsləhətinə uyğun olaraq o və xanımı özlərini təcrid edəcək.
“Bu vəziyyətdə yeganə məsuliyyətli hərəkət budur”, – deyə Baş nazir qeyd edib.
Baş nazir Lofven həmçinin əlavə edib ki, onda COVID-19-a yoluxma əlamətləri yoxdur.
Gununsesi.info