İsveçin baş naziri: Türkiyə NATO-ya üzvlüklə bağlı qəbul edə bilməyəcəyimiz tələblər irəli sürür

  • By admin
  • 09 Yanvar 2023 11:01

İsveçin NATO-ya üzvlüyü üçün Türkiyə edə bilməyəcəyimiz şərtləri bizə qəbul etdirməyə çalışır.

Gununsesi.info bildirir ki, bunu İsveçin baş naziri  Kristersson NATO-nun baş katibi Yens Stoltenberqin iştirak etdiyi təhlükəsizlik konfransında deyib: “Türkiyə bizim edə biləcəyimiz şeyi etdiyimizi təsdiqlədi, lakin eyni zamanda onlar bizim edə bilməyəcəyimiz şeyi istədiklərini və etmək istəmədiklərini söylədilər”.

İsveç baş naziri “Türkiyənin qərar verəcəyinə əminik, amma nə vaxt olacağını bilmirik” desə də, bunun həm Türkiyənin daxili siyasətindən, həm də “İsveçin öz ciddiliyini göstərmək qabiliyyətindən” asılı olduğunu bildirib.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto jurnalistlərə açıqlamasında ölkəsinin qonşusu ilə eyni vaxtda NATO-ya üzv olacağını bildirib.

Qeyd edək ki, İsveç və Finlandiya Rusiyanın keçən fevralda Ukraynaya təcavüzündən sonra onilliklər boyu davam edən hərbi neytrallıq siyasətindən əl çəkib və mayın 18-də NATO-ya üzvlük üçün müraciət ediblər.

İyunun 30-da NATO liderlərinin zirvə toplantısından sonra iyulun 5-də Brüsseldə bu iki ölkənin üzvlük protokolları imzalanıb və üzvlük prosesinə rəsmən start verilib.

“Türkiyənin mövqeyi o qədər də dəyişməyib”

Türkiyə prezidenti Ərdoğan isə deyib ki, İsveç və Finlandiyanın “terror təşkilatları, xüsusilə də PKK-ya ev sahibliyi etdiyini” deyib və bu istiqamətdə addımlar atmasalar, Türkiyənin bu ölkələrin ittifaqda iştirakına müsbət baxmayacağını bildirib.

Onu da qeyd edək ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünə “hə” deməsi üçün bu ölkədə mühacir həyatı yaşayan Today Zaman” qəzetinin keçmiş baş redaktoru Bülent Keneşin ekstradisiyasını şərt kimi qoyub.

Ancaq İsveç Ali Məhkəməsi bu tələbi rədd edib.

Tərcümə:

Pərviz Həşimli