İsveçin baş nazirindən Quranın yandırılmasına REAKSİYA

  • By admin
  • 22 Yanvar 2023 14:44

İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb.

Gununsesi.info xəbər verir ki, Baş nazir bu hörmətsizlikdən narahatlıq keçirən müsəlmanlardan üzr istəyib.

O qeyd edib ki, söz azadlığı demokratiyanın fundamental tərkib hissəsidir, lakin qanuna zidd olmayan şey mütləq uyğun deyil.

“Müqəddəs qəbul edilən kitabların yandırılması böyük sayğısızlıqdır”, – U.Kristerson deyib.

Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Quran kitabı yandırılıb.

Gununsesi.info