İsveçin Xarici İşlər naziri Marqot Valstryom istefa verib.
Gununsesi.org-un xarici KİV-ə istinadən məlumatına görə, nazir bu addımı ailəsinə daha çox vaxt ayırmaq üçün atıb. Valstryom istefa qərarını sosial şəbəkədə elan edib. O, 5 illik fəaliyyəti dövründə ailəsinə və nəvələrinə daha çox vaxt ayıra bilmədiyini deyib və bu qərarı qəbul etdiyini açıqlayıb.
Qeyd edək ki, Valstryom ölkəsinin 2014-cü ildə Fələstini müstəqil dövlət kimi tanımasından hər zaman qürur duyduğunu tez-tez dilə gətirənlərdən olub.
Gununsesi.org