İsveçrə niqab qadağasına görə referenduma gedəcək

  • By ilhame
  • 03 Mart 2021 19:18

Həftəsonu İsveçrədə xalqa açıq məkanlarda niqab və çadranın qadağan olub-olmaması ilə bağlı referendum keçiriləcək.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, bir sıra Avropa ölkələrində tətbiq olunan yasağın İsveçrədə qüvvəyə minib-minməməsi martın 7-də müəyyənləşəcək.

Bildirilib ki, yasaq ibadətxanalarda tətbiq olunmayacaq, hər hansı bir sağlamlıq problemi məsələsində isə həmin şəxslər yasaqdan istisna olaraq azad ediləcəklər.

Qeyd edək ki, ölkədə 12 il əvvəl xalq səsverməsi ilə məscid inşa edilməsi yasaqlanmışdı.

 

Gununsesi.info