İsveçrə rusiyalı oliqarxa məxsus 1,5 milyard dolları dondurub

İsveçrə Baş Prokurorluğu (OAG) rusiyalı oliqarx Süleyman Kərimovla əlaqəsi olan 4 nəfərlə bağlı araşdırmalara başlayıb.

Gununsesi.info xəbər verir ki, Blick-ə istinadən xəbər verir ki, bununla bağlı İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi 1,3 milyard frank (1,5 milyard dollar) məbləğində vəsaiti müvəqqəti olaraq dondurub.

Bildirilir ki, istintaq İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Ombudsmana müraciətindən sonra noyabr ayında başlayıb.

İstintaq çərçivəsində işləyən işçi qrupu Luzern, Zuq və Nidvalden kantonlarında evlərdə 8 dəfə axtarış aparıb.

Əməliyyatda Federal Polis İdarəsi və kanton polis qüvvələri iştirak edib.

SECO-nun məlumatına görə, avqustun 13-nə İsveçrədə Rusiyanın 7,1 milyard İsveçrə frankı (8,2 milyard dollar) dəyərində aktivləri dondurulub.

Bu məbləğə sanksiyaya məruz qalan şəxslərə və şirkətlərə məxsus daşınmaz əmlak, lüks avtomobillər və sənət əsərləri daxildir.

İstintaq Ukraynadakı vəziyyətlə bağlı Embarqo Qanununun pozulması və çirkli pulların yuyulması ilə bağlı şübhələrə aiddir.

Qeyd edək ki, hazırda heç bir həbs yoxdur və təqsirsizlik prezumpsiyası qüvvədədir.

 

 

Şəbnəm

Gununsesi.info