İsveçrə Rusiyanın 6 milyardlıq aktivlərini dondurdu

  • By admin
  • 24 Mart 2022 20:53

İsveçrə hökuməti Rusiyanın sanksiyalara məruz qalan 6,17 milyard dollara yaxın aktivlərini dondurub və bu rəqəmin artacağı ehtimalı var.

Gununsesi.info xəbər verir ki, bu barədə “Röyters” sanksiyalara nəzarət edən İqtisadi Məsələlər üzrə Dövlət Agentliyinin yüksək vəzifəli rəsmisi Ervin Bollinqerə istinadən məlumat yayıb.

“Bura kantonlarda turizm kurort kimi xidmət etmiş bir sıra mülklər daxildir. Yeni hesabatlardan və AB-nin sanksiya siyahılarına potensial əlavələrdən sonra çox güman ki, bu rəqəm daha da artacaq. İsveçrə bank lobbisi hesab edir ki, onun banklarında 213 milyard dollara qədər Rusiya kapitalı var”, – qeyd olunur.

Gununsesi.info