İsveçrə hakimiyyəti Ukraynadakı vəziyyətlə bağlı növbəti konfransa ev sahibliyi etmək fikrində deyil.
Gununsesi.info xəbər verir ki, bu barədə İsveçrənin “Tages-Anzeiger” qəzeti ölkənin Xarici İşlər Federal Departamentinə (Nazirliyinə) istinadən xəbər verir.
“Hazırda İsveçrə ikinci sülh sammitinə hazırlaşmır”, – nəşr departamentin müvafiq sorğuya verdiyi cavabdan sitat gətirir.
Eyni zamanda, departament qeyd edib ki, onlar Ukraynada davamlı sülhün əldə olunmasını yaxınlaşdırmaq üçün hələ də fəal işləyirlər.
“Hazırda bizim məqsədimiz [qlobal cənub ölkələri ilə] Ukrayna və Rusiya arasında danışıqların başlanması üçün şərait yaratmaqdır”, – XİN əlavə edib.
Gununsesi.info