İsveçrə Ukraynaya 1,6 milyard dollar ayıracaq

İsveçrə 2025-2028-ci illərdə Ukraynaya 1,5 milyard frank (1,63 milyard dollar) vəsait ayıracaq.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən , bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu, sülhün təşviqi və humanitar yardımın göstərilməsi məqsədi ilə nəzərdə tutulub.

Artıq İsveçrə hökuməti parlamentə 2025-2028-ci illər üçün büdcəsi 11,27 milyard frank (12,28 milyard dollar) olan beynəlxalq əməkdaşlıq proqramını təsdiq etməyi təklif edib.

Gununsesi.info