İsveçrə yığması Dünya Çempionatına vəsiqə qazandı

  • By admin
  • 13 Noyabr 2017 09:00

Dünən futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin növbəti matçı keçirilib.

Gununsesi.info xəbər verir ki, İsveçrə milli komandası cavab qarşılaşmasında Şimali İrlandiya kollektivini qəbul edib.

Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn isveçrəlilər öz meydanında rəqibinin müqavimətini qıra bilməyiblər – 0:0.

Buna baxmayaraq, səfərdə əldə edilən qələbə sayəsində Petkoviçin yetirmələri Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıblar.

Gununsesi.info