İsveçrədə qar uçqunu - ÖLƏNLƏR VAR

  • By admin
  • 26 Dekabr 2017 09:10

İsveçrədə son üç sutka ərzində 3 alpinist ölüb.

Gununsesi.info xəbər verir ki, Alp dağlarında baş verən qar uçqunu İsveçrədən olan qadın və kişi, həmçinin fransalı kişi alpinistin həyatına son qoyub.

Qar uçqunu nəticəsində xəsarət alan daha iki alpinist xilasedicilər tərəfindən aşkarlanıb. Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, bu ilin fevralında Alp dağlarının İtaliyaya aid hissəsində 9 alpinist dağa çıxarkən ölüb, 1-i isə xəsarət almışdı.

Gununsesi.info