İsveçrədə “hər kəsə 2200 avro maaş” referendumu keçirilib. Gununsesi.info xəbər verir ki, hökumətin heç bir şərt olmadan təklif etdiyi “hər kəsə 2200 avro ödəməsi” referendumu sona çatıb. Maraqlı burasıdır ki, ümumxalq səsverməsində iştirak edən əhalinin 78 %-i bu qərarın əleyhinə səs verib.
Təklif qəbul edilsəydi, İsveçrə vətəndaşları gələcəkdə yaşam tələbatları üçün işləmək məcburiyyətində qalmayacaqdı.
Gununsesi.info