Bakıda İsveçrə Konfederasiyasının Milli Günü təşkil olunub.
Gununsesi.info–nun xəbərinə görə, İsveçrə səfirliyinin təşkil etdiyi mərasimdə siyasi partiya, vətəndaş cəmiyyəti və media qurumlarının təmsilçiləri qatılıb.
Mərasimdə çıxış edən İsveçrə səfiri Tomas Şteli ölkəsi ilə Azərbaycan münasibətlərindən danışıb.
“İsveçrə-Azərbaycan münasibətləri mehriban və möhkəmdir. Bu münasibətlər illərlə qurulan möhkəm təməl üzərində lövbər salıb” deyə səfir bildirib.
Üçüncüsü, 25 il əvvəl, o vaxtlar qaçqın və məcburi köçkünlərə humanitar yardımla başlayan və bu gün davam edən ikitərəfli əməkdaşlıq proqramı. Dəyişən ehtiyacları nəzərə alaraq bu əməkdaşlıq illər ərzində inkişaf edib. Bu gün bizim texniki əməkdaşlığımız əsasən makroiqtisadi islahatlara və özəl sektor üçün çərçivə şəraitin yaxşılaşdırılmasına yönəlib. Odur ki bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verir.
Belə möhkəm təmələ malik olan İsveçrə ilə Azərbaycan bu gün siyasi, iqtisadi, mədəni sahələr də olmaqla müxtəlif istiqamətlərdə dostluq münasibətlərinə sahibdirlər. Bu münasibətlər etimad və hörmətə əsaslanır. Onlar isə açıq və konstruktiv dialoq şəraitində fikir ayrılığına və tənqidə də imkan yaradır. Nəticə etibarı ilə beynəlxalq dostluq münasibətləri nə mücərrəd müqavilələrə, nə də sadə iqtisadi rəqəmlərlə ifadə oluna bilməz. Bu faktların arxasında insanların əməlləri və baxışları dayanır. Ona görə də bütün sahələrdə insanlar arasında mübadilə çox mühümdür.
Çox şadam ki, İsveçrə müğənnilər Sofi de Kua və Simon Jakkard mənim dəvətimi qəbul edərək belə vacib əlaqələri daha da gücləndirmək üçün uzaqgörən “Körpülərin qurulması turu” ilə Bakıya gəliblər. Onlar bu axşam azərbaycanlı müğənni Qorqud ilə çiyin-çiyinə çıxış edəcək, bu həftə daha iki konsertlə çıxış edəcək və tələbələrlə birlikdə Milli Musiqi Konservatoriyasında təlim verəcəklər.
Afət Abbasova
Gununsesi.info