İsveçrə :  Gözəlliklər və brendlər ölkəsi

  • By admin
  • 31 İyul 2016 16:35

isvechre1

İsveçrə şimaldan – Almaniya, qərbdən – Fransa, şərqdən – Lixtenşteyn və Avstriya, cənubdan – İtaliya ilə əhatələnib.

Avropanın mərkəzində 41. 285 km2 əraziyə malik olan İsveçrə heçdə təsadüfi deyil ki dağlar , göllər və çaylar ölkəsidə adlandırılır. Belə ki, ölkə relyefinin təxminən 58,5% Alp (Alpen), 10 % isə Yura (Jura) dağları formalaşdırır. Burada Cenevrə (Lac de Genève), Bodense (Bodensee), Nevşatel (Lac de Neuchàtel ), Macore (Lago Maggiore), Sürix (Zürichsee), Luqano (Lago di Lugano) kimi böyük göllərlə yanaşı çox sayda kiçik göllərdə mövcutdur.

Su ehtiyatları ilə zəngin olan  İsveçrə eyni zamanada Avropanın “su anbarı” adlandırılır. Avropanın içməli təmiz su ehtiyatlarının təxminən 6 % dən çox hissəsi burada toplanıb. Məhz Reyn , Rona, Tiçino, İnn çayları öz başlanğıcını İsveçrədən alır.

1291 ci ildə üç kanton Uri (Uri), Şviç (Schwyz) və Untervalden (Unterwalden)  aralarında “Federal qramota”  (Bundesbrief) anlaşması imzalayırlar. Məhz bu tarix 1 avqust hər il ölkədə milli bayram kimi qeyd edilir.

Sonralar 1332 – 1352 ci illərdə Luçern (Luzern), Sürix (Zürich), Qlarus (Glarus), Çuq (Zug) və Bern (Bern) 1483 – 1513 cü illər ərzində isə Friburq (Fribourg), Zoloturn (Solothurn), Bazel (Basel), Şaffhauzen (Schaffhausen), Appençel (Appenzell) konfederasiyaya qoşulurlar.

isvechre

1798 ci ildə  Napoleon ordusu İsveçrə ərazisinə daxil olur və   aprelin 12 də 10 kanton nümayəndələri Arau (Aarau) yığışaraq yeni respublikanın Helvetia Respublikasının (Helvetische Republik) konstitutsiyasını qəbul edirler. Həmin toplantıda 13 kantonun ittifaqına daha 9 kanton qoşulur və beləliklə, 22 kanton Helvetia Respublikasının əsasını təşkil edir. Bu daha çox, Fransa tərəfdən idarə edilən unitar respublika idi. Beləliklə, kantonların müstəqiliyinə son qoyulur.  Ölkə daxilində unitar dövlətçilik tərəfdarları ilə federalistlər arasında gedən mübarizə federalistlərin qələbəsi ilə başa çatır və 1803 cü ildə Napoleon Bonapart tərəfindən “Vassitəçilk aktı” (Mediationszeit) imzalanır və unialistlərin rəhbərlik etdikləri Helvetia respublikasına son qoyulur.

1815 ci il Vyana konqressinin qərarına əsasən İsveçrənin bitərəf dövlət statusu rəsmən tanınır, Cenevrə (Geneva), Vale (Valais) və Nevşatel (Neuchàtel ) İsveçrəyə birləşdirilir.

Hal hazırda əsasən üç xalqı – alman, fransız və italiyanları birləşdirən İsveçrə konfederasiyasında (alm. Die Schweiz, fran. Suisse, ital. Svizzera) rəsmi olaraq alman, fransız və italiyan dilləri istifadə olunur. Bununla yanaşı burada kiçik sayda romanş (romansch)adlı yerli etnik qrupda mövcutdur. Digər üç rəsmi dillərdən fərqli olaraq romanş dili rəsmi olaraq yalnız həmin etnik qrupa mənsub olan insanlar arasında istifadə olunur. Sayı təxminən 39 min olan romanşlar əsasən İsveçrənin Grabünden (Graubünden) kantonunda yaşayırlar.

1874 cü il konstitutsiyanın ilk  “Total təftişi”dən sonra ölkədə birbaşa demokratiya prinsipi tətbiq edilməyə başlanmışdı. Həmin düzəlişdən sonra əhali istənilən qanuna öz münasibətini bildirə və istənilən məsələni ümumxalq referendumuna çıxara bilər. Birinci dünya müharibəsindən sonra İsveçrə 1920 ci ildə ümumxalq referendumu nəticəsində yenicə yaradılmış Millətlər Liqasına üzv olur. Lakin, İkinci dünya müharibəsindən sonra fəaliyyətə başlamış BMT də uzun müddət müşahidəçi statusunda iştirak etmişdi. 1986 cı il referendumunda isveçrəlilər ölkənin BMT yə üzvlük məsələsinin əleyhinə səs vermişlər. Yalnız 2002 ci il referendumundan sonra ölkə BMT yə tam bərabərhüquqlu üzv ola bimişdi.

saat

Ölkənin ən böyük şəhəri olan Sürix dünyanın iri şirkət və firma nümayəndəliklərinin cəmləşdiyi şəhər hesab olunur. Böyüklüyünə görə ikinci olan Cenecrə şəhəri  daha çox beynəlxalq teşkilatların fəaliyyət göstərdiyi şəhər kimi tanınır. Bundan əlavə, həmin şəhər dünyanın ən zəngin insanlarının və dünyaca tanınmış məşhur şou ulduzlarına məxsus villalar ilə diqqəti cəlb edir. İsveçrənin üçüncü ən böyük şəhəri olan Bazel isə əsasən, sənaye və beynəlxalq sərgilərin təşkil edildiyi mərkəz hesab olunur.

Gözəl təbiət ölkədə turizmin inkişafı üçün münbit şərait yaradıb.

Bunlarla yanaşı, İsveçrə özünün saat, pendir və bıçaq istehsalı ilə yanaşı bank sistemi ilə də dünyada məşhurdu.

Saat –  İsveçrə saatları yalnız dəqiq zaman deyil eyni zamanda, prestij və sosial vəziyyətin göstəricisi olan aksessuarlardır.

XVI əsr ortalarında xristianlıqda Kalvinizm tərəfdarları olan Fransa, Almaniya və İtlaiyanın ən yaxşı saat ustaları kilsənin təqiblərindən qaçaraq Jan Kalvinində sığınacaq tapdığı Cenevrə şəhərinə toplaşırlar. Yerli əhali gəlmə saat ustalarından saat işinin sirrlərini öyrənməyə başlamışlar. Tezliklə çoxlu sayda saat istehsal edən emalatxanalar yaradılır və ölkənin müxtəlif kantonlarında “Saat evləri” formalaşır.

1601 ci ildə Cenevrədə saat ustalarının Cenevrə Gildiyası yaradılır.

Tarixdə ilk dəfə olaraq cib və qol saatları həmçinin, kvarç və elektron saatlar məhz isveçrə firmaları tərəfindən istehsal edilmişdi.

1735 ci ildə  rəsmi olaraq ilk qeydiyyatdan keçmiş isveçrə saatı Balncpain markası hesab olunur.

Hal hazırda  ETA kompaniyası İsveçrədə saat mexanizmi istehsal edən ən böyük kompaniyadır.  Həmin kompaniya hər il təxminən müxtəlif ölçülərdə 100 milyonadək  saat mexanizmləri istehsal edir. Bundan başqa, ölkədə saatlar üçün mexanizm istehsal edın Valjoux və UNİTAS kompaniyalarıda fəaliyyət göstərir. Xüsusilə də kolleksiyaçılar UNİTAS kompaniyasının mexanizmləri əsasında hazırlanmış saatlara daha çox üstünlük verirlər.

Bugün dünyaca məşhur saat brendlərindən  olan  – ZENİTH , TAG Heuer, IWC, Longines, ROLEX, Breguet, Chopard, OMEGA, BREITLING , JORDI, COVER, TISSOT, Continental, CHARMEX,  Auguste Reymond, Swatch, Rado, Partek Philppe və.s  İsveçrə markalarıdır.

Bank –  İsveçrə bankları prestijinə və tarixinə görə dünyanın ən qədim bank sistemi hesab edilir.

Bəzi təsdiq edilməmiş mülahizələrə görə, İsveçrədə bank sisteminin formalaşdırılmasında vaxtilə XIV əsr  avropasında təqiblərdən və kilsə inkvizisiyalarından qaçan Tampelierlərin böyük rolu olub.

Tarixdən məlum olur ki, İsveçrə banklarının ilk müştəriləri Fransa kralları olmuşdu.  Xüsusilə də, kral XIV Lüdoviq Cenevrə banklarının etibarlılığını yüksək qiymətləndirirdi. Baxmayaraq ki, Cenevrə banklarının sahibləri əsasən vaxtilə Fransadan qaçmış protestantlar idilər krallar oz maliyyə məsələlərini əsasən həmin şəxslərə etibar etmişlər.  Lakin, fransa krallarının həmin banklarla əməkdaşlığı tam məxfi xarakter daşıyırdi. Cünki, krallar istemirdilərki fransa xalqı krallarının kafir -protestantlarla əmıkdaşlığı haqqında məlumat əldə etsinlər.

1713 cü ildə Böyük Cenevrə Şurası bank fəaliyyətinin qaydaları haqqında qərar qəbul edir. Həmin qərarın ən əsas xüsusiyyəti ondan ibarət idi ki, banklar öz fəaliyyətində tam məxfiliyi təmin edir, öz müştəriləri haqqında üçüncü tərəfə heç bir məlumat vermirlər. Bu isə, həmin bankların etibarlılığını təmin edirdi. Təsadüfi deyil ki, 1789 cu il fransa inqilabından sonra fransa zadəganları kütləvi şəkilədə var dövlətlərini Cenevrə banklarına etibar etmişlər.  Daha sonralar birinci və ikinci dünya müharibələri zamanı da, İsveşrə bankları avropanın ən varlı adamlarının etibar etdiyi banklar hesab olunurdu.

Müasir dövrdə dünyanın ən əhəmiyyətli maliyyə təşkilatlarından biri – Beynəlxalq Hesablaşmalar Bankı BİS   (Bank for İnternational Settlements  ) baş qərargahı məhz Bazel şəhərində yerləşir.  Dünya ölkələrinin mərkəzi banklarını birləşdirən həmin təşkilatda qlobal baxımından əhəmiyyətli qərarlar qəbul edilir və maliyyə əməliyyatları həyata keçirilir.

Isveçrə bankları dünya reytinqinə görə ən öndə gedən banklar siyahısına daxildi. Belə ki bura dünyaca məşhur UBS, Credit Suisse, Kantonalbank kimi banklar aid edilir. Bundan əlavə İsveçrədə Coop Bank, Migros Bank, Rotschild Bank, Sarasin & Co, La Roche & Co, Bauman & Cie və.s  bu kimi şəxsi və ailə bankları mövcutdur.

isvecre_pendiri_____4_exposure

Pendir  -İsveçrə pendirləri  milli kulinariyada xüsusi  yerə malikdi.

Burada çoxlu sayda və müxtəlif pendir növləri mövcutdur. Pendirlər əsasən inək südündən hazırlanır. Çox az sayda pendirlər isə qoyun və keçi südündən emal edilir.

İsveçrə pendirləri növlərinə görə üç növə bölünür :

Ekstra bərk pendirlər – bura Sbrinç (Sbrinz) və Qruyer (Gruyere) pendirləri aiddir.  Bu cür pendirlərin yağlılıq dərəcəsi 45 % dir.

Yarı bərk  pendir növlərinə – Emmental (Emmentaler), Raklet (Raclette), Appençeller (Appenzeller), Tilziter (Tilsiter) və.d çoxsaylı pendirlər daxildi. Həmin növ pendirlər yüksək yağlılıq,  spesifik aromatı və dadı ilə seçilir.

Yumşaq pendir növünə isə əsasən Qala (Gala) adlı pendir aid edilir. Bu cür pendirlər pasterizə edilmiş süddən hazırlanır. O, yüksək rütubətliliyi ilə (təxminən 50%) fərqlənir.

İsveçrə pendirlərinin ən əsas keyfiyyəti və onları digər pendirlərdən fərqləndirən əsas xüsusiyyəti üzərlərindəki deşiklərdi. Həmin deşiklərin əmələ gəlməsinin əsas səbəbi  isveçrə pendirlərinin hazırlanması zamanı ona xüsusi üsulla hazırlanmış bakteriyanın əlavə edilməsindədi. Həmin bakteriya pendirə yağlılıq və spesifik dad verir.

Xüsusilə də, Qruyer (Gruyere) pendiri  yerli  adət – ənənə baxımından böyük maraq kəsb edir. Belə ki, hələ qədim zamanlardan ailədə uşaq anadan olduqda üzərinə həmin uşağın adı yazılmış Qruyer pendiri hazırlanır. Bu pendir nəsildən nəsilə ötürülür. Hazırlanma müddətindən  hətda 120 il ötməsinə baxmayaraq, həmin pendir  yeməyə yararlı olur.

bichaq

Biçaq –  “Ordu biçağı” adlandırılan isveçrə bıçaqları dünyada ən məşhur bıçaq hesab olunur.

1891 ci ilə kimi isveçrə odrusu Almaniyada istehsal edilən bıçaqlardan istifadə edirdi. Məhz həmin ildə cərrahiyə avadanlıqları istehsal edən şirkətin rəhbəri  Karl Elzener  isveçrə ordusu üçün yeni cib bıçaqları istehsal etməyə başlayır.  Yeni bıçaq daha cox universallığı ilə fərqlənirdi. Belə ki, burda bıçaqla bərabər otvyorka əlavə edir. Bu isə, həmin dövrdə isveçrə ordusunda istifadə edilən Schmidt – Rubin  tüfənglərinin sökülərək yenidən yığılamsı prossesini asanlaşdırır.

Daha sonralar  konserva açanlar, qaycı və digər funksiyaları yerinə yetirən kiçik alətlərin əlavə edilməsi bu cür bıçaqları daha universal edir. Elzener 1893 cü ilə kimi  şəxsi Victorinox şirkətinin istehsal etdiyi cib bıçaqları ilə isveçrə bazarında monoploiyaya malik idi. Həmin ildən başlayaraq digər isveçrə şirkəti olan Paul Boechat & Cie bu cür bıçaqların kütləvi istehsalına başlayır. Lakin, həmin şirkət tezliklə Teodor Venqer tərəfindən alınır və Wenger  Company adı altında fəaliyyət göstərir.

1908 ci ildə isveçrə hökuməti sifarişləri hər iki şirkət arasında bərabər paylaşdırır.

2005 ci ilin aprelində isə, Victorinox şirkəti Wegner  şirkətini alılr və 2014 cü ildə Wegner bıçaqlarının istehsalını dayandırır.

Beləliklə, 26 kantonu özündə birləşdirən İsveçrə öz brendləri və turizmi ilə dünyanı fəth etməkdə davam edir.

Surxan Lətifov

Xüsusi olaraq,

Gununsesi.info üçün