İsveçrə Kremllə əlaqəsi olan rusiyalı biznesmeni ABŞ-a ekstradisiya edib

  • By admin
  • 20 Dekabr 2021 12:25

İsveçrə Kremlə əlaqəsi olan rusiyalı biznesmen Vladislav Klyuşini Birləşmiş Ştatlara ekstradisiya edib. İsveçrə rəsmilərinin dekabrın 18-də verdiyi məlumata görə, orada o, insayder ticarəti ittihamları ilə üzləşir.

Kluşin media monitorinqi və kibertəhlükəsizlik xidmətləri təklif edən M13 şirkətinin sahibidir. O, Birləşmiş Ştatlarda ABŞ şirkətləri barədə xakerliq yolu ilə əldə olunmuş məxfi məlumatlardan istifadə edərək insayder ticarəti vasitəsilə cinayət ortaqları ilə birlikdə on milyonlarla dollar pul qazanmaqda ittiham olunur.

Biznesmen mart ayında İsveçrədə ABŞ orderinə əsas həbs edilib.

Rusiya dekabrın 19-da İsveçrənin Klyuşini ekstradisiya etmək qərarına görə məyusluğunu ifadə edib.

“Biz Vaşinqtonun üçüncü ölkələrdə Rusiya vətəndaşlarına qarşı davam edən ovunun yeni bir epizodunun şahidi olduğunu deməyə məcburuq,” TASS xəbər agentliyi Rusiyanın İsveçrədəki səfirliyinin sözçüsü Vladimir Xoxlova istinad edərək bildirib.

Rusiyanın müxalif mediasının bildirdiyinə görə, Kluşin Rusiya Prezidenti Vladimir Putinin aparat rəhbərinin müavini Aleksey Qromovla yaxındır.

M13-üç vebsaytında şirkətin irəli sürdüyü xidmətlərdən Rusiyanın prezident administrasiyası və hökumətin istifadə etdiyi bildirilir.

Klyuşin məhkəmədə “siyasi səbəblərdən” dolayı hədəf alındığını iddia edib və ittihların əsassız olduğunu bildirərək, onları inkar edib. Lakin İsveçrə hökuməti onun apellyasiya şikayətini rədd edib. Federal Cinayət Məhkəməsi noyabr ayında Klyuşinin ABŞ-ın siyasi kampaniyasının qurbanı olduğuna dair iddiasını rədd edən məhkəmə qərarını qüvvədə saxlayıb.

Klyuşinin Birləşmiş Ştatlara ekstradisiyası iyun ayında İsveçrə Federal Ədliyyə İdarəsi Rusiyanın Kluşini mühakimə olunmaq üçün Moskvaya ekstradisiya tələbini rədd etməsindən sonra təsdiq olunub.

Birləşmiş Ştatlar aprel ayında Rusiyaya 2020-ci il ABŞ prezident seçkisinə müdaxilə etdiyinə, xakerliyə və Ukraynada Rusiya tərəfdarı separatçıları dəstəklədiyinə görə sanksiya tətbiq edib.

Gununsesi.info