İsveçrənin səhiyyə naziri: “Koronavirusun yeni ştammları daha ölümcüldür”

  • By admin
  • 19 Mart 2021 20:54

Aparılan tədqiqatlara görə COVID-19-un yeni ştammları, o cümlədən Böyük Britaniya ştammı ilkin virusa nisbətən daha ölümcüldür.

Gununsesi.info  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsveçrənin səhiyyə naziri Alen Berse (Alain Berset) mətbuat konfransında bildirib.

“Uzun müddət ərzində yeni variantların daha yoluxucu olmasını, lakin ölümlərin artmasına səbəb olmadığını düşünür və deyirdik. İndi isə əlimizdə məsələnin başqa cür olduğunu göstərən xeyli yüksəkkeyfiyyətli tədqiqatların nəticələri var. Həmin nəticələrə görə  ölüm səviyyəsi ilkin virusa nisbətən 50 faizdən çoxdur”, – hökumət rəsmisi qeyd edib.

Gununsesi.info