
Rumıniyada yaşayan və 5 gündür ondan xəbər alınmayan Adriana Neaqoe adlı qadın evində yarı yeyilmiş halda tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı qadını baxdığı iki pug iti yeyib.
Belə ki, xəbərdarlıq üzərinə hadisə yerinə gələn polis və yanğınsöndürənlər qapını sındıraraq evə daxil olublar.
Evin içərisində Adriananın cəsədini və iki pug itinin onu yediyini görüblər.
Səlahiyyətlilər ilkin araşdırmalarda zorakılıq izlərinə rast gəlinmədiyini bildiriblər.
Lakin ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyit yarılma üçün Qorc Məhkəmə Tibb İnstitutuna göndərilib.
Polis araşdırmanın davam etdiyini bildirib.
Orxan Saffari