İtaliya A seriyasının bərpa tarixi açıqlandı

  • By admin
  • 27 May 2020 11:20

İtaliya A seriyası koronavirus pandemiyası üzündən dayanan 2019/20 mövsümü ilə bağlı bəyanat yayıb.

Gununsesi.org-un məlumatına görə, qurum mövsümün bərpası planını təsdiqləyib.

Liqanın Şurası mayın 13-də qəbul olunan qərarları qüvvədə saxlayıb. Bu isə o deməkdir ki, A seriyasının iyunun 13-də başlaması qrafiki dəyişməz qalıb.

Həmçinin, Şura A seriyası və İtaliya kubokunun bütün matçlarının keçirilməsi variantlarını da müzakirə edib. Variantlarla bağlı yekun qərar mayın 28-də idman nazirinin də qatılacağı görüşdə veriləcək.

 

 

Gununsesi.org