İtaliya A seriyasının bərpa tarixi dəyişdi

  • By admin
  • 28 May 2020 22:37

Koronavirus pandemiyası üzündən dayandırılan İtaliya A seriyasının 2019/20 mövsümünün bərpası ilə bağlı növbəti qərar qəbul olunub.

Gununsesi.org-un məlumatına görə, yarışın davam etdiriləcəyi tarix yenidən dəyişdirilib.

Bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib. O bildirib ki, A seriyasında oyunlar iyunun 20-də bərpa olunacaq.

Qeyd edək ki, buna qədər İtaliya çempionatının iyunun 13-də bərpa olunması planlaşdırılırdı.

 

 

Gununsesi.org