İtaliya Avropa İttifaqını tərk etmək fikrində deyil

  • By admin
  • 22 Aprel 2017 07:23

Il Ministro delle Comunicazioni, Paolo Gentiloni durante la firma del contratto di servizio oggi al ministero.   ANSA / ETTORE FERRARI

İtaliya Avropa İttifaqını tərk etməyəcək, lakin çox şey dəyişilməlidir.

Gununsesi.info-nun rosbalt.ru-ya istinadən verdiyi məlumata görə, bunu İtaliyanın baş naziri Paolo Centiloni “Washington Post”a verdiyi müsahibəsində deyib.

Centiloni qeyd edib ki, Avropa İttifaqı qaçqınlar məsələsinin həllinə dair alternativ strategiya hazırlamalıdır: “Bizə alternativ strategiya lazımdır. Liviyaya gələn qaçqınların öz ölkələrinə qaytarılması üçün biz siyasi tədbirlər üzərində işləyirik”.

Baş nazirin sözlərinə görə, hazırda qaçqınlar probleminin həlli üçün “çox az iş görülüb”.

Gununsesi.info