İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib

  • By admin
  • 02 Aprel 2022 15:32

Bakıda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olub.

Gununsesi.info-nun məlumatına görə, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov, təhsil naziri Emin Əmrullayev, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo iştirak ediblər.

Nazirlər universitetin təsisi ilə bağlı sənədə imza atıblar.

Qeyd edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması layihəsində tərəfdaş qismində İtaliyanın beş universiteti çıxış edir.

Gununsesi.info