İtaliya Çinin “Bir Kəmər-Bir Yol” layihəsində iştirakını uzatmaq niyyətində deyil.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın “Bir Kəmər-Bir Yol” təşəbbüsündən çıxmaq haqqında nota səfirlik vasitəsilə Çinin Xarici İşlər Nazirliyinə təqdim olunub. Eyni zamanda İtaliya sənəddə 10 ildən artıq bir müddət ərzində Çinlə olan strateji tərəfdaşlığı saxlamaq və möhkəmləndirmək niyyətini ifadə edib.
Qeyd edilir ki, Çinin adıçəkilən layihəsində iştirak dövrü ərzində İtaliya böyük iqtisadi fayda əldə edə bilməyib, əksinə lazımsız siyasi fəsadlarla qarşılaşıb.
“Bir Kəmər-Bir Yol” təşəbbüsü 2013-cü ildə irəli sürülüb. Hazırda 152 ölkə və 30 beynəlxalq təşkilat Çinlə bu proqram çərçivəsində əməkdaşlıq sazişi imzalayıb. İtaliya 2019-cü ildə Çinlə həmin proqramın layihələrində iştirakını təsdiqləyən ilk G7 ölkəsi olub.
Gununsesi.info