İtaliya çempionatında ötən mövsümün ən yaxşı futbolçusu bilindi

  • By admin
  • 04 Avqust 2020 22:54

İtaliya A Seriyasında 2019/2020 mövsümünün ən dəyərli futbolçusu müəyyənləşib.

Gununsesi.info-nun məlumatına görə, “Yuventus”un hücumçusu Paulo Dibala ötən çempionatın ən yaxşısı seçilib.

Argentinalı forvard meydana çıxdığı 33 matçda vurduğu 11 qol və eyni sayda məhsuldar ötürmə ilə komandasının çempionluğunda yaxından iştirak edib.

Qeyd edək ki, “Yuventus”un futbolçuları son 9 ildə ardıcıl 8-ci dəfə bu titula sahib çıxıblar. 2012, 2013 və 2014-cü illərdə Andrea Pirlo, 2015-ci ildə Karlos Teves, 2016-cı ildə Leonardo Bonuççi, 2017-ci ildə Canluici Buffon, 2019-cu ildə isə Kriştianu Ronaldu ilin ən yaxşısı adına layiq görülüb. 2018-ci ildə isə “İnter”in sabiq hücumçusu Mauro İkardi bu nominasiyada birinci olub.

 

 

Gununsesi.info