İtaliya hökumətindən yeni immiqrasiya fərmanı - İnsan qaçaqmalçılarına qarşı cəzalar artır

  • By admin
  • 10 Mart 2023 00:47

Fevralın 26-da İtaliya sahillərində miqrant gəmisinin batması və azı 72 nəfərin ölümündən sonra hökumət “insan qaçaqmalçıları” üçün daha sərt cəzalar nəzərdə tutan fərman imzalayıb.

Bu barədə Gununsesi.info Avropa mediasına istinadən xəbər verir.

Bildirilir ki, fevralın 26-da Türkiyədən yola düşdükdən sonra İtaliya sahilləri yaxınlığında batan miqrant qayığı, Roma rəhbərliyinin və hüquq-mühafizə orqanlarının müdaxiləyə gecikmə və qeyri-adekvat davranmaqda ittiham edilməsinə səbəb olub.

İtaliyanın cənubundakı Kalabriya bölgəsindəki Cutro qəsəbəsi sahillərində batan qayıqdan 80 nəfərin sağ qaldığı, itkilərlə ölənlərin sayının 100-ə çata biləcəyi ifadə edilir.

Həddindən artıq sağçı koalisiya hökumətinin tənqidlərindən sonra baş nazir Giorgia Meloni immiqrasiya məsələsini müzakirə etmək üçün  hadisənin baş verdiyi Cutroda Nazirlər Şurasını toplayıb.

Nazirlər Şurasının iclasında qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi və mühacirlərin müntəzəm girişinin asanlaşdırılması üçün yeni fərman qəbul edilib.

Fərmanda insan qaçaqmalçılığı ilə məşğul olan şəxslərə veriləcək həbs cəzası artırılacaq.

 

Tərcümə: 

Günel