İtaliya 30 rusiyalı diplomatı ölkədən çıxarır.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı İtaliyanın Xarici İşlər Nazirliyi açıqlayıb.
İtaliyanın XİN rəhbəri Luici Di Mayonun sözlərinə görə, Rusiyanın ölkədəki səfiri Sergey Razov nazirliyə çağırılıb və ona diplomatların ölkədən çıxarılması barədə məlumat verilib.
Bu məsələyə münasibət bildirən Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya İtaliyanın bu qərarına müvafiq cavab verəcək.
Xatırladaq ki, Danimarka da 15 rusiyalı diplomatı ölkədən çıxarmaq barədə qərar verib.
Bununla yanaşı, İsveçin XİN rəhbəri Ann Linde bildirib ki, 3 rusiyalı diplomatın ölkədən çıxarılmasına qərar verilib.
İspaniyanın XİN rəhbəri Xose Manuel Albares bu gün keçirilən mətbuat konfrasında bildirib ki, ölkə rəhbərliyi Rusiya səfirliyinin təqribən 25 diplomatının ölkədən çıxarılması barədə qərar verib.
Gununsesi.info