İtaliya İsrailə silah tədarükünü dayandırıb

  • By ilhame
  • 20 Yanvar 2024 22:59

2023-cü ilin oktyabrında Qəzzada münaqişənin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya xarici işlər naziri Antonio Tayani bildirib.

 

“Oktyabrın 7-dən sonra biz daha İsrailə silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur”, – A.Tayani deyib.

 

XİN rəhbəri bu bəyanatı İtaliya Demokrat Partiyasının lideri Elli Şleynin Yaxın Şərq münaqişəsini alovlandırmamaq üçün yəhudi dövlətinə silah göndərməmək çağırışları fonunda verib.

 

Gununsesi.info