İtaliya klubu Xorvatiya millisinin üzvünü heyətinə qatıb

  • By ilhame
  • 19 İyul 2024 19:25

İtaliyanın “Fiorentina” kollektivi Xorvatiya millisinin müdafiəçisi Marin Ponqraçiçi transfer edib.

Gununsesi.info A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 5 illik müavilə bağlanıb.

Son mövsümü İtaliya təmsilçisi “Leççe”də keçirən M.Ponqraçiçin keçid məbləği 15 milyon avro təşkil edib.

Gununsesi.info