İtaliya klubunun yeni baş məşqçisi müəyyənləşib

  • By ilhame
  • 11 İyun 2024 20:19

İtaliya təmsilçisi “Latsio”nun yeni baş məşqçisi müəyyənləşib.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Roma klubunu Marko Baroni çalışdıracaq.

 

60 yaşlı mütəxəssis bu postda Mauritsio Sarrini əvəzləyib.

 

M.Baroni son olaraq İtaliyanın digər klubu olan “Verona”ya rəhbərlik edib.

 

Qeyd edək ki, “Latsio” kollektivi A Seriyasında 2023/2024 mövsümünü 61 xalla 7-ci sırada bitirib.

Gununsesi.info