İtaliya mətbuatı Prezidentin Praqa səfərindən yazır

  • By admin
  • 09 Oktyabr 2022 09:38

İtaliyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Praqa səfəri, “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakı və toplantı çərçivəsində keçirdiyi görüşləri geniş işıqlandırıb.

Gununsesi.info xəbər verir ki, yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin Praqada Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşünün əhəmiyyəti vurğulanıb. Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə, Azərbaycanın da bu komissiya ilə əməkdaşlığa razılıq verdiyi bildirilib.

Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşləri barədə məlumatlara da yer verilib. Tarixi hadisə adlandırılan bu görüşlərin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində mühüm addım olduğu vurğulanıb.

Yazılarda, həmçinin Prezident İlham Əliyevin Azərbaycan telekanallarına verdiyi müsahibəsində sülh sazişinə dair səsləndirdiyi fikirlər də öz əksini tapıb.

Gununsesi.info