İtaliya minatəmizləmə sahəsində Azərbaycana əlavə dəstək göstərəcək

  • By admin
  • 02 Aprel 2022 14:55

İtaliya minatəmizləmə sahəsində Azərbaycana əlavə dəstək göstərəcək.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

“Bugünkü görüş zamanı mina təhlükəsizliyi və minaların təmizlənməsi prosesi haqqında danışdıq. İtaliya şirkətləri bu işdə iştirak edir. İtaliyalı həmkarım bildirdi ki, İtaliya şirkətləri bununla bağlı əlavə addımlar atacaq. Minatəmizləmə sahsində Azərbaycanın müvafiq qurumlarına dəstək göstərəcək”, – deyə nazir bildirib.

Gununsesi.info