İtaliya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi

  • By admin
  • 02 Aprel 2022 14:34

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Luici Di Maio İtaliya Prezidenti Sercio Mattarellanın ölkəsinə səfərlə bağlı dəvətini dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.

Gununsesi.info