İtaliya rusiyalı diplomatları casusluğa görə ölkədən çıxarır

  • By admin
  • 31 Mart 2021 21:33

İtaliya xarici işlər naziri Luiqi Di Maio iki rusiyalı diplomatın deportasiya ediləcəyini açıqlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Roma ilə Moskva arasında yeni yaranan casus böhranıdır.

HTML tutorial

İtaliya polisi casusluq şübhəsi ilə Rusiya Silahlı Qüvvələrinə bağlı olan bir səfirlik əməkdaşını və İtaliya donanmasında vəzifəli bir kapitanı saxlayıb.

Kapitan rusiyalı əsgərə pul qarşılığında sənəd verərkən yaxalanıb. İki şübhəliyə casusluq və dövlət təhlükəsizliyi ilə əlaqədar ittihamlar irəli sürülüb, italyan kapitan həbs edilib.

Nəzarətdəki rusiyalının diplomatik statusu ilə əlaqədar olaraq vəziyyəti dəyərləndirilir.

Rusiyanın Romadakı səfiri də məsələ ilə əlaqədar İtaliya XİN-ə çağırılıb.

Məsələyə rəsmi Moskva da münasibət bildirib.

“Rusiyalı diplomatların deportasiya edilməsi qərarı bizi kədərləndirdi”, – məsələ ilə bağlı müvafiq addımların atılacağı qeyd edilib.

Kremldən vurğulanıb ki, bu hadisənin İtaliya ilə əlaqələrə təsir etməyəcəyinə ümidvardırlar.

Gununsesi.info