Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

22 Sentyabr 2017 - 20:05

İtaliya səfirliyi azərbaycanlı tələbələrə 331 viza verib- AÇIQLAMA

6993bc858eebfb3d5c4c696c47c1e15e

Bu ilin əvvəlindən İtaliya səfirliyi Azərbaycandan olan tələbələrə 331 tələbə vizası təqdim edib.

Gununsesi.info xəbər verir ki, səfirlikdən report.az-a verilən məlumata görə, bu, ötənilki göstəricini iki dəfə üstələyib.

“Bu bir daha göstərir ki, Azərbaycan tələbələri üçün Avropa İttifaqında İtaliya bir nömrəli istiqamətdir”, – səfirlikdən bildirilib.

Xatırladaq ki, bir qədər əvvəl İtaliyanın Azərbaycandakı səfirliyi bu ölkədə oxumaq istəyən tələbələrə vizaların verilməməsinə dair informasiyaya münasibət bildirərək açıqlama vermişdi. Bildirilirdi ki, sənədləri qaydasında olan tələbələrlə Konsulluq şöbəsindən əlaqə saxlanılacaq. Lakin sentyabrın 20-də bir qrup tələbə viza problemlərinin araşdırılması tələbi ilə Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.

Gununsesi.info