İtaliya sahillərində Türkiyə gəmisi batıb, 16 nəfər xilas edilib

  • By admin
  • 24 Sentyabr 2016 22:38

b49cc9a2-dafe-415e-9d1c-e40a79ff43fa_292

 

Aralıq dənizinin Siciliya sahillərindən 38 km. məsafədə Türkiyəyə məxsus yük gəmisi batıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb.

İtaliya Sahil Mühafizəsi Türkiyə şirkətinə məxsus olan və Panama bayrağı altında üzən gəminin 16 heyət üzvünü xilas edə bilib.

Məlumata görə, gəmi ammonium fosfat daşıyıb və Seneqaldan Xorvatiya istiqamətində hərəkətdə olub.

 

Gununsesi.info