İtaliyada gündəmi silkələyən əməliyyat keçirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İtaliya tarixinin ən böyük narkotik əməliyyatı gerçəkləşdirilib.
Dəyəri 400 milyon avro olan 2 tonluq kokain ələ keçirilib. İtaliya polisi Siciliya adası yaxınlığında su üzündə və bir-birinə bağlı çoxlu sayda qutularda olan kokainə əl qoyub.
Bu, ölkə tərixində tək səfərdə tapılan ən böyük kokain miqdarıdır. 70 ayrı bağlamada olan narkotik balıqçı şəbəkəsi ilə daşınıb.
Dövlət rəsmiləri narkotikin bölgədən keçən bir karqo gəmisi və sonra da başqasının bölgəyə gələrək götürməsi məqsədi ilə su üzünə buraxıldığını açıqlayıb.
Ancaqhavada müşahidə gerçəkləşdirən İtaliyan Hava Donanmasına aid bir təyyarənin diqqəti ilə polis işçiləri onlardan öncə olaya müdaxilə edib.
Tərcümə: Arzu Sayadoğlu