İtaliya Ukraynanın bərpasında lider olmaq istəyir

  • By Admin2
  • 06 Mart 2026 09:47

İtaliya Ukraynanın gələcək bərpasında aparıcı rol oynamağa hazırdır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş nazir Giorgi Meloninin ofisinin Ukrayna lideri Vladimir Zelenski ilə söhbətindən sonra verdiyi açıqlamada bildirilib.

Söhbət zamanı tərəflər münaqişənin sülh yolu ilə həlli üçün danışıqlarda əldə edilən irəliləyişlər və Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar atılması lazım olan addımlar barədə fikir mübadiləsi aparıblar.

İtaliya Baş nazirinin ofisi Avropa və Amerika tərəfdaşlarının Avropanın sülh prosesinə verdiyi töhfəni tanımasının vacibliyini vurğuladı. Onlar qeyd etdilər ki, bu prosesin nəticəsi Avropanın fundamental maraqlarına təsir edir və qitənin sabitliyi və təhlükəsizliyi üçün çox vacibdir.

Ukraynanın Energetika Naziri Denis Şmıxal bildirib ki, Ukrayna 2014-cü ilin əvvəlindən bəri 40 QVt-dan çox generasiya gücünü itirib ki, bu da elektrik şəbəkəsinin gücünün 80%-dən çoxunu təşkil edir. Onun sözlərinə görə, 2014-cü ilin əvvəlində Ukrayna Avropada ən böyük generasiya güclərindən birinə – 54,5 QVt-a malik idi. Şmıxalın dəqiqləşdirdiyinə görə, 2022-ci ilin əvvəlində generasiya gücü 32 QVt idi və bu gün 10 QVt-dan az generasiya gücü qalır.

Maqsud

Gununsesi.info