İtaliya Ukraynaya müasir silahlar göndərir

  • By admin
  • 25 Aprel 2022 08:58

İtaliya Ukraynaya ən son texnologiya ilə hərbi yardım göndərir.

Gununsesi.info UNIAN-a istinadla xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Mario Draqi bildirib.

Bildirilib ki, hərbi yardım paketinə M113 tırtıllı avtomobillərə quraşdırılmış “Sidam25”, haubitsalar, özüyeriyən silahlar M109, “PzH2000” dünyanın ən müasir özüyeriyən tırtıllı avtomobili, pulemyotlar, tank əleyhinə raketlər daxildir. Prosesin yaxın günlərdə bunun yekunlaşacağı gözlənilir.

“Gələn həftədən etibarən hərbi texniklər İtaliya silahlarının ekspertizasını keçirəcək və Ukraynaya konkret olaraq nə göndərilməli olduğunu seçəcəklər”, – baş nazir əlavə edib.

Gununsesi.info