İtaliyada 50 yaşdan yuxarı sakinlər peyvənddən imtinaya görə cərimələnəcəklər

  • By admin
  • 08 Yanvar 2022 20:45

İtaliyanın 50 yaşdan yuxarı sakinləri koronavirusa qarşı peyvənd olunmaqdan imtina etdiklərinə görə 100 avro cərimə ödəməli olacaqlar.

Gununsesi.info xəbər verir ki, yerli La Stampa qəzeti, bir çoxunun, xüsusən də həkimlərin bunun çox kiçik məbləğ hesab etdiyi üçün, gərgin müzakirələrə səbəb olduğunu bildirib.

Bundan əvvəl İtaliya hökuməti respublikada yaşayan və yaşı 50-dən yuxarı olanlar üçün məcburi peyvənd tətbiq etmək qərarına gəlib. Nazirlər Şurasının mətbuat xidmətinin məlumatına görə, bu cərimədən əlavə, peyvənddən imtina edənləri başqa sanksiyalar da gözləyir.

Xüsusilə, 50 yaşdan yuxarı bütün işçilər peyvənd sertifikatı və ya xəstəliyə yoluxaraq sağaldığı haqqında sənəd təqdim etməlidir. Bundan əlavə, COVİD-sertifikatı olmayan işçi müəyyən edildikdə o 600-1500 avro məbləğndə cərimə oluna bilər.

 

 

Gununsesi.info