İtaliyada 60-a yaxın mafioz həbs edilib

İtaliyada “Ndrangheta” mafiyasına qarşı keçirilən reyd nəticəsində 60-a yaxın adam həbs edilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə polisin bəyanatına istinadən xəbər verir.

Qeyd olunur ki, həbslər İtaliyanın cənubundakı Kalabriya bölgəsində baş verib.

Polisin məlumatına görə, 50 nəfər həbs edilib, 9 nəfər isə ev dustaqlığına buraxılıb.

“Ndrangheta” ilə əlaqəli müxtəlif növ cinayət fəaliyyətləri, o cümlədən narkotik ticarəti müəyyən edilmişdir.

Qeyd edək ki, İtaliyanın “Ndrangheta”sı ölkənin ən güclü mafioz təşkilatıdır, fəaliyyətini bütün Avropa və bütün dünyaya yayır.

 

 

Günay

Gununsesi.info