İtaliyada 80 illik bomba tapıldı, 3 min nəfər təxliyyə olundu

İtaliyada ikinci dünya müharibəsindən qalma bomba tapılıb.

Gununsesi.info xəbər verir ki, bombanın tapılmasına quraqlıq səbəb olub.

HTML tutorial

Quraqlıq nəticəsində Po çayında suyun səviyyəsi aşağı düşüb və çayın yatağında nəhəng bomba üzə çıxıb.

Bombanı ərazidəki balıqçılar aşkarlayıb.

Dərhal əməliyyat planı hazırlanıb və yaxınlıqda yaşayan 3 min əhali təhlükəsizlik tədbirlərinə əsasən təxliyyə olunub.

Bomba tapıldıqdan sonra ərazi mühafizə xidməti əməkdaşlarının köməkliyi ilə mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Gununsesi.info