İtaliyada avtobus qəzasında 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb

  • By admin
  • 21 Yanvar 2017 12:38

italiya-ambul

İtaliyada baş verən yol qəzasında 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb. 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Assosiated Press” İtaliya polisinə istinadən məlumat  yayıb.

Yanvarın 20-də axşam Verona şəhərində baş verən qəzanın detalları araşdırılır.

Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.

Məlumata görə, avtobusda macarıstanlı məktəblilər olub. Onlar İtaliyada səyahətlərini bitirib Fransaya qayıdırmışlar.

Gununsesi.info